Türkiyədə 20 nəfər tutuldu


21:17     03 Fevral 2017 hebs%20edildi3.jpg

Türkiyənin Adana bölgəsində terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.


Femida.az -ın məlumatına əsasən, bu barədə Report “Haber7”yə istinadən xəbər verir.

Məlumata əsasən, Adana əyaləti Təhlükəsizlik İdarəsi 30 müxtəlif ünvanda eyni zamanda anti-terror əməliyyatı keçirib.

İnformasiyaya görə, şübhəlilər tibbi müayinədən keçirildikdən sonra sorğu-sual edilmək üçün Təhlükəsizlik İdarəsinə aparılıblar.

Açar sözlər:

Oxunub: 1446