General İnterpolu tənqid edib


16:25     10 Fevral 2017 6445479_a.jpg

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı axtarışa verilmiş 297 nəfərin heç biri tutulmayıb”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.

O, qanun layihəsindəki bəzi detallarla bağlı fikrini açıqlayıb və redaktə tipli dəyişikliklərin olmasının vacib olduğunu qeyd edib. Hərbi prokuror qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb:

“Bu günə qədər onların heç biri tutulmayıb. Bu da ikili standartların bariz nümunəsidir. Beynəlxalq İnterpol təşkilatı da eyni mövqedə durub”.

Femida.az

Açar sözlər:

Oxunub: 3002