Türkiyədə tarixi günün vaxtı açıqlandı
17:55 10 Fevral 2017
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına əlavə və dəyişikliklə bağlı qanun layihəsini imzalayıb.
Femida.az xəbər verir ki, bu isə Türkiyədə refendumun aprelin 16-da keçirilməsi deməkdir.
Qeyd edək ki, Türkiyə qanunlarına əsasən, prezident Rəcəb Tayyib Ərdoğan qanun layihəsini imzalayandan 60 gün sonra səsvermə keçirilməlidir. Sənəd imzalanmaq üçün fevralın 2-də prezidentə təqdim edilib. Dövlət başçısı 15 gün ərzində layihəni təsdiqləyə, yaxud təkrar müzakirə üçün onu parlamentə qaytara bilərdi.
Ötən gün isə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun bu il aprelin 16-da keçiriləcəyi ehtimalını irəli sürmüşdü.
Oxunub: 1055
Oxşar xəbərlər
- Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
- Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı
- Türkiyədə kağız fabriki yanır
- Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi
- Türkiyədə avtobus qəzası - 18 şagird yaralanıb
- Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - TARİX
- Türkiyədə ağır qəza: 31 yaralı var
- Türkiyədə aviareyslər təxirə salındı
- Türkiyədə 28 terrorçu məhv edilib
- Türkiyədə deputatlar arasında dava düşüb - FOTO