Narkotik satan şəxsə 6 il 6 ay HƏBS


00:25     11 Fevral 2017 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Mirdamət Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Əkbərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqustunda Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Xətai rayonunda Bərdə şəhər sakini Mirdamət Əkbərovun üzərində 609,3 qram həşiş aşkar edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1055