İsrail diplomatları Lapşinlə görüşdü


21:10     10 Fevral 2017 isaril.jpg

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüşüb.


Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib

"Görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutmuşdur", - deyə, E.Sultanov əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2237