İranla Belarus arasında saziş imzalandı


00:44     19 Fevral 2017 iran%20emekdas5.jpg

“Belarusneft”in törəmə müəssisəsi “Beloil Polska” İran Milli Neft Şirkəti (NİOC) ilə fevral ayında 600 min barel neft tədarükünə dair saziş imzalayıb.

TASS-a istinadən verilən xəbərə görə, bu barədə İran şirkəti məlumat yayıb.

Qeyd olunub ki, bu, Belarusun ötən il İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra bu ölkədən ilk neft alışıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1006