İranla sərhəddə 14.800 dollarla tutuldu


20:44     08 Dekabr 2017 1438662185_kurs-dollara-na-segodnya-v-ponedelnik-na-birzhe-dollar-priblizilsya-k-ot0.jpg

Xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb. Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.


Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılması cəhdinin qarşısını alıblar. İdarənin Sərnişin şöbəsində Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən 14.800 ABŞ dolları aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 474