İranla sərhəddə insident - Sərhəd pozucuları qaçıb
15:01 27 Mart 2017
Azərbaycanın dövlət sərhədinin pozulmasının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumatda deyilir ki, Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib.
Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılan axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.
Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 774
Oxşar xəbərlər
- İranla sərhəddə 14.800 dollarla tutuldu
- İranla Türkmənistan arasında qaz davası - İş Beynəlxalq Arbitraj Məhkəməsində
- İranla sərhəddə daha bir gərginlik
- İranla sərhəddə insident - Sərhəd pozucusu öldürüldü
- İranla sərhəddə gərginlik - Özünü bıçaqladı
- İranla Rusiya arasında nüvə sazişi imzalandı
- İranla Belarus arasında saziş imzalandı
- İranla maliyyə-bank əməkdaşlığı müzakirə edildi
- İranla Suriya arasında 5 saziş imzalanıb
- İranla sərhəddə sıxlıq yaranıb