İranla Türkmənistan arasında qaz davası - İş Beynəlxalq Arbitraj Məhkəməsində


20:18     05 Dekabr 2017 iran%20neft4.jpg

Türkmənistan Respublikası İran İslam Respublikasını Beynəlxalq Arbitraj Məhkəməsinə verir.



Femida.az Türkmənistan KİV-inə istinadən bildirir ki, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağ tapşırıb.

Qeyd edək ki, Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.

Xatırladaq ki, Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 820