İranla sərhəddə daha bir gərginlik


16:02     06 İyul 2017 iran%20serhed6.jpg

Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkarlanıb.


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Femida.az -a bildirilib ki, sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü İmanov Elnur Rəhman oğlu və 1995-ci il təvəllüdlü Əsmənov Sarvan Arif oğlu saxlanılmışlar. Sərhəd pozucu­larından bir nəfəri havanın qaranlıq olmasından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müvəffəq olub.

Əraziyə baxış keçirilərkən Azərbaycana gətirilməsi üçün İran İslam Respublikası ilə dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkarlanaraq, götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 803