Türkiyə hərbçilərinin Rusiyaya gedə biləcəklər


01:55     19 Fevral 2017 image139.jpeg

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı yaxın zamanda türk hərbçilərin Rusiyaya səfərlərinə qoyulan qadağanı ləğv etmək niyyətindədir.

Femida.az APA-ya istinadən xəbər verir ki, qadağa 2015-ci ilin noyabrından, Türkiyə Hərbi-Hava Qüvvələrinin Rusiyaya məxsus SU-24 təyyarəsini vurmasından sonra tətbiq edilib.

Türkiyə Silahlı Qüvvələrinin normativ sənədlərinə əsasən, hərbçilərin xarici ölkələrə planlaşdırılmış səfərlərinin müddəti il ərzində 30 gündən çox olmamalıdır. Bundan başqa, türk hərbçilər xarici ölkələrə ixtisas artırmaq və seminarlarda iştirak etmək üçün səfər edə bilərlər.

Açar sözlər:

Oxunub: 1060