Avropa Şurası Ermənistanı ifşa etdi
21:24 01 Mart 2017
"Ermənistanda milli azlıq nümayəndələrinin təhsilə yiyələnmələri üçün daha çox səy göstərilməlidir".
Femida.az xəbər verir ki, bu barədə Avropa Şurası Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına dair Məşvərət Komitəsinin tövsiyələrində deyilir.
Məktəbdən xaric olma hallarının azaldılmasına diqqətin artırılmasının vacibliyini önə çəkən qurum yezidilər də daxil olmaqla, digər milli azlıq nümayəndələrinin təhsilə yiyələnməsi üçün daha çox səy göstərməyə çağırıb. Habelə qızların 12 illik təhsil almalarını təmin etmək üçün məcburi erkən nikah hallarının cinayət kimi nəzərdən keçirilməsi və əhalinin siyahıya alınması zamanı milli azlıqların mənsubiyyətinin qeyd olunması təcrübəsinin tətbiqi tövsiyə olunub. Eyni zamanda irqi və digər nifrət motivi ilə törədilən cinayətlərin ağırlaşdırıcı hal kimi dəyərləndirilməsi məsləhət görülüb.
Femida.az
Oxunub: 2744
Oxşar xəbərlər
- Avropa çempionunun məhkəməsi başlayıb
- Avropa çempionumuz soyğunçuluqda ittiham edilir
- Avropanın 117 yaşlı sakini öldü
- Avropa İttifaqının nümayəndəsi Bakıya gəlir
- Avropaya getmək istəyən 3 min nəfər dənizdə batıb
- Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
- Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır - BƏYANNAMƏ
- Avropa İttifaqı Ermənistanı `qara siyahı`ya sala bilər
- Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar
- Avropa Məhkəməsi “Çıraqovların işi”ni niyə ləngidir?