Mehriban Əliyeva Milli Məclisdə çıxış edib


17:02     07 Mart 2017 mehriban-eliyeva-milli-meclisde-1.jpg

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.


Femida.az xəbər verir ki, birinci vitse-prezident deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.

M. Əliyeva qeyd edib ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbycan Milli Məclisində fəaliyyətini dayandırır: “Mən 10 ildən artıq parlamentin üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub.

Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var".

Femida.az

Açar sözlər:

Oxunub: 1670