Türkiyə Niderlanda iki nota verdi


17:44     13 Mart 2017 xinn.jpg

Türkiyə Xarici İşlər Nazirliyi Niderlanda iki nota verib.


Femida.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır. Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb.

Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı Niderland rəsmilərindən yazılı üzrxahlığın gözlənildiyi bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1297