Trampın reytinqi ən aşağı səviyyəyə enib


13:54     20 Mart 2017 donald-trump%20(1)04.png

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.


Bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.

Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi qiymətləndirib.

Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1023