Ölkəyə qanunsuz dərman gətirənlər tutuldu
14:55 28 Mart 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan vətəndaşı saxlanılıb.
Həmin şəxsin ayrı-ayrı sərnişinlərdən təhvil aldığı üç ədəd çantanın içərisindəki malların yoxlanılması zamanı, oradan "Devit-3 İ.M/Oral AMPUL", "Transamine %5 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL", "Transamine %10 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL" və "Proluton Deport 500mg/2ml" adlı cəmi 422 ədəd dərman vasitəsi aşkar olunub.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin arayışına əsasən adı çəkilən dərman vasitələri dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq olan dərman vasitələrinin siyahısına daxildir, lakin onların heç biri dövlət qeydiyyatından keçməyib.
Xatırladaq ki, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1-ci maddəsinə əsasən müvafiq məsuliyyətə səbəb olur.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1033
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olundu
- Ölkəyə gətirilən maşınların sayı artıb
- Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alındı
- Ölkəyə təyyarə ilə sursat gətirmək istədilər
- Ölkəyə qadağan olunmuş maddə gətirmək istədilər
- Ölkəyə gətirilən dərmanlar ucuzlaşıb
- Ölkəyə qızıl gətirən şəxs saxlanılıb
- Ölkəyə gələn xaricilərin ezamiyyət xərcləri artıb
- Ölkəyə gətirilən bu məhsullar məhv edildi
- Ölkəyə gətirilən tütün toxumları ilə bağlı mühüm dəyişiklik