Ölkəyə gətirilən bu məhsullar məhv edildi


20:06     25 Aprel 2017 dovlet_gomruk_komitesi_0417

Ümumi miqdarı 169 433 ton qutu təşkil edən müxtəlif adda tütün məmulatları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilərkən Xaçmaz, Astara, Tovuz, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən tutularaq müvafiq məhkəmə qərarı ilə müsadirə edilib.


Femida.az xəbər verir ki, bunu Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsi rəisinin müavini Güloğlan Muradlı qeyd edib.

G.Muradlının sözlərinə görə, Sabunçu rayon məhkəməsinin qərarı ilə siqaretlər məhv edilib.

“Bundan əlavə, 42 kiloqram kolbasa, 46 kiloqram hisə verilmiş balıq, 29,5 kiloqram və 41 ədəd 113 kiloqram kürü, məhkəmə qərarları əsasında müsadirə edilib. Bundan başqa, 415 adda müxtəlif növ pivə, 2 211 ədəd araq və kustar üsulla hazırlanmış 887 litr şərab müvafiq məhkəmə qərarı əsasında müsadirə edilib. Müsadirə olunan müxtəlif mineral sular, limonad, kofe, sərinləşdirici içkilərə gəlincə, onların arasında 1 160 ədəd mineral su, 3 708 ədəd limonad, 850 ədəd kofe, 6 763 ədəd sərinləşdirici içki də var”, - deyə G.Muradlı vurğulayıb.

Rəis müavininin sözlərinə görə, 20 min ədəd geyim paltarı üçün etiketlər də məhv edilən məhsullar sırasındadır. “Bundan başqa, müsadirə olunan 459 mobil telefon qaçaqmalçılıqla ölkəyə gətirilən məhsullar siyahısına aid edilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 661