Ölkəyə gələn xaricilərin ezamiyyət xərcləri artıb
19:30 28 Aprel 2017
Yaxın 10 il ərzində dünya üzrə biznes turizmin həcmi orta hesabla hər il 3,7% artacaq.
Femida.az xəbər verir ki, bu barədə "Travelport" şirkətinin Turizm və səyahətlər üzrə ümumdünya şurası (WTTC) ilə birgə apardığı tədqiqatın nəticələrində qeyd edilib.
Ən ciddi artımın Asiya-Sakit okean regionunda baş verəcəyi gözlənilir - ildə 6,2%. Məsələn, Çində biznes turizmin həcmi il ərzində 9,5%, Myanmada 8,7%, Honkonqda 8%, Kambocada 7,4%, Hindistanda 7,2% təşkil edəcək.
Afrika ölkələrinə gəlincə, Ruanda və Qabonda illik artım 8,5%, Tanzaniyada 7,9% olacaq.
Tədqiqat həmçinin biznes turizm zamanı çəkilən xərcləri də əhatə edib. Məlum olub ki, inkişaf etməkdə olan ölkələrdə ezamiyyət xərcləri ciddi artıb. Məsələn, son 5 ildə (2011-ci ilədək) Konqoya ezam olunan şəxslərin xərclər 32% artıb. Bu baxımdan Qətərdə artım 25%, Azərbaycanda 21% təşkil edib.
Bununla yanaşı, hərbi münaqişə baş verən ölkələrdə xərclər azalmaqdadır. Bu ölkələr sırasına Anqola, Sudan, Şri-Lanka daxildir.
Biznes turizm bazarının liderlər ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Yaponiya olaraq qalır.
Femida.az
Oxunub: 981
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olundu
- Ölkəyə gətirilən maşınların sayı artıb
- Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alındı
- Ölkəyə təyyarə ilə sursat gətirmək istədilər
- Ölkəyə qadağan olunmuş maddə gətirmək istədilər
- Ölkəyə gətirilən dərmanlar ucuzlaşıb
- Ölkəyə qızıl gətirən şəxs saxlanılıb
- Ölkəyə gətirilən bu məhsullar məhv edildi
- Ölkəyə gətirilən tütün toxumları ilə bağlı mühüm dəyişiklik
- Ölkəyə qanunsuz dərman gətirənlər tutuldu