Türkiyə vətəndaşları Azərbaycanda səs verirlər - Referendum 2017


14:32     09 Aprel 2017 37671572_303.jpg

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının Türkiyə konstitusiyasına əlavə və dəyişiklərə dair referendumda səsverməsi başlayıb.


Səsvermə Türkiyənin Bakıdakı səfirliyində və Gəncə və Naxçıvanda yerləşən Baş konsulluqlarında keçirilir.

Səsvermə yerli vaxt ilə saat 21:00-da başa çatacaq.

Azərbaycanda səsvermə hüququna malik olan 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 3010