Avropa İttifaqı Yəmənə pul ayırıb


01:21     26 Aprel 2017 terror%20yemen0.jpg

Avropa İttifaqı (Aİ) Yəmənə humanitar və iqtisadi yardım məqsədilə 116 milyon avro ayırıb.


Femida.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.

“Yardım paketinə 46 milyon avro təcili humanitar yardım və 2017-ci ildə ölkənin iqtisadi bərpasının dəstəklənməsi üçün ayrılmış 70 milyon avro daxildir”, - deyə məlumatda söylənilir.

Avropa Komissiyası qeyd edib ki, Aİ Yəməndəki vəziyyəti dünyadakı ən ağır humanitar böhranlardan biri kimi dəyərləndirir. Təşkilatın qiymətləndirməsinə əsasən, 18,8 milyonluq ölkə əhalisinin 70 faizi humanitar yardıma ehtiyac duyur.

Bildirək ki, Rusiya da Yəmənə humanitar yardım məqsədilə 1 milyon dollar ayırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 605