Türk hərbçilərini PKK öldürüb
02:19 28 Aprel 2017
PKK terror təşkilatının hərbi qolu olan HPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilir.
Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə 10 hərbçi həlak olub.
Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.
Femida.az
Oxunub: 2020
Oxşar xəbərlər
- Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
- Türkiyə ordusu 6 terrorçunu məhv edib
- Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı
- Türkiyə və Rusiya arasında saziş imzalandı
- Türkiyədə kağız fabriki yanır
- Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi
- Türkiyədə avtobus qəzası - 18 şagird yaralanıb
- Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - TARİX
- Türkiyə ordusu 3 şəhid verdi
- Türkiyə SQ-in Baş Qərargah rəisi: Azərbaycana minnətdaram