Türkiyə konsulluğuna hücum olub - VİDEO


13:59     02 May 2017 thumbs_b_c_0eaa4f129e6dacf61f9b62a2cd86db0c_1493703448.jpg

Türkiyənin İsveçrədəki Baş Konsulluğuna maskalı şəxslər hücum edib.


Hücum nəticəsində mərkəz qərargahı Zürix şəhərində yerləşən konsulluq binasına ziyan dəyib.

Maskalı şəxslər konsulluq binasının qarşısında yerləşən avtobus dayanacağına və yaxınlıqdakı evə “Kill Erdogan” (Ərdoğanı öldürün) şüarını yazıblar.

Baş konsul Asiye Nurcan bildirib ki, boyalı hücum axsam saatlarında baş verib: “Binaya 60-a yaxın maskalı şəxs hücum edib. Hadisədən sonra polis konsulluğa gəldi. Hazırda lazımı tədbirləri görməkdəyik. Bina boyalardan təmizlənir”.

Qeyd edək ki, hücum edənlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alması və binaya atılan boyaların PKK terror təşkilatının “rənglərini” əks etdirməsi hücumun PKK tərəfdarları tərəfindən edilməsi şübhələrini artırıb.



Femida.az

Açar sözlər:

Oxunub: 2427