Türkiyə 8 ildir hazırladığı raketi ilk dəfə sınaqdan keçirib


21:43     11 May 2017 raket(3).jpg

Türkiyə ilk dəfə “Bora” adlı uzaqmənzilli raketi uğurla sınaqdan keçirib.


Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin milli müdafiə naziri Fikri İşık açıqlama verib.

Nazir raketin Sinopda uğurla test edildiyini bildirib.

“Bora” raketinin istehsalına Türkiyə Müdafiə Nazirliyinin sifarişi ilə 2009-cu ilin sonundan etibarən “Roketsan” şirkəti tərəfindən başlanılmışdır.

Raket 610 mm çapındadır. Bəzi ekspertlərin fikrincə, raketin hədəf məsafəsi 1000 km ola bilər.

Analitiklər hesab edirlər ki, Türkiyənin uzaqmənzilli raket layihəsini reallaşdırması regionda gərginliyin artmasına və silahlandırma yarışına gətirəcək.

Femida.az


Açar sözlər:

Oxunub: 6713