Gürcüstan paytaxtı işıqsız qalıb


22:43     16 May 2017 tiflis3.jpg

Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.


Paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.

Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.

“Elektrik sistemləri” Dövlət Xidmətindən “İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.

Elektrik enerjisi təchizatının nə vaxt bərpa olunacağı bəlli deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 1043