Sərxoş sürücü qəza törətdi


23:43     16 May 2017 1359952125_qeza-avariya-mainyeni.jpg

Cəlilabadda iki avtomobil toqquşub.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində baş verib.

"Qazel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var. Bildirilir ki, xəsarət alanlar "Qazel"də olan fəhlələrdir. İlkin ehtimala görə, qəzaya səbəb "Mercedes" markalı avtomobilin sürücüsünün sərxoş olmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 730