Sərxoş kişi körpüdən yıxılıb


17:42     27 İyun 2017 201789_0.jpg

Bərdədə sərxoş şəxs körpüdən çaya yıxılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyunun 25-də saat 23 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Vüqar Hüseynov sərxoş halda Tərtər çayının üzərində quraşdırılmış körpüdən ehtiyatsızlıqdan yıxılıb.

Həmin vaxt ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən V.Hüseynov sudan çıxarılaraq həyatı xilas edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 958