Sərxoş sürücü qəza törətdi


18:15     13 Noyabr 2017 qeza_yeni.jpg

Bərdə rayonunda yol qəzası baş verib.


Femida.az xəbər verir ki, hadisə rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107"in sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxıb. Qəza nəticəsində minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına catırılıb. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Həkim müayinəsindən sonra sürücünün sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 602