Sərxoş kişi öz evini partladıb
00:05 30 İyul 2017
Goranboy rayonunun Qarasüleymanlı kəndində 45 yaşlı kişi sərxoş halda evində partlayış törədib.
Məlumata görə, 1972-ci il təvəllüdlü kənd sakini Asif Əli oğlu Bayramov yaşadığı 2 otaqdan ibarət evdə mətbəxt üçün nəzərdə tutulmuş qaz balonunu alışdıraraq kənara atıb.
Nəticədə partlayış baş verib. Məlumata görə, o, ikinci balonu partlatmağa cəhd etsə də, hadisə yerinə gələn qonşuların köməkliyi ilə bunun qarşısı alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və polis əməkdaşları cəlb olunub. Partlayış nəticəsində evə qismən ziyan dəyib. Hadisə zamanı yüngül xəsarət alan A.Bayramov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
İnsident baş verən vaxt evdə ondan başqa heç kim olmayıb.
Kişinin bu addımı atmasının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Oxunub: 968
Oxşar xəbərlər
- Sərxoş sürücü 7 gənci vurdu - 1 ölü, 2 ağır yaralı
- Sərxoş sürücü qəza törətdi -`Mercedes`in arxa təkərləri qopdu (VİDEO)
- Sərxoş sürücü qəza törətdi
- Sərxoş NATO hərbçiləri arasında dava olub
- Sərxoş sürücü maşını qoyub qaçdı, qohumu isə polisə hücum çəkdi - FOTOLAR
- Sərxoş gənclər çayda ölümlə üz-üzə qaldı
- Sərxoş kişi körpüdən yıxılıb
- Sərxoş sürücü lüks maşınları əzdi - FOTOLAR
- Sərxoş sürücü qəza törədib
- Sərxoş sürücü qəza törətdi