Sayt rəhbəri Baş Prokurorluğa çağırılıb
01:51 24 May 2017
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Bastainfo.com” internet portalında dərc olunan məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, bununla əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi onun diqqətinə çatdırılıb.
Həmçinin gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə ona rəsmi xəbərdarlıq edilib.
Femida.az
Oxunub: 1259
Oxşar xəbərlər
- Saytlar hansı məsuliyyəti daşıyır? - Əflatun Amaşovdan açıqlama
- Sayt rəhbəri Baş Prokurorluğa çağırıldı
- Saytın rəhbəri Baş Prokurorluğa çağırıldı - “Mossad”la bağlı xəbərə görə
- Sayt rəhbərinin məhkəməsi başladı
- Sayt rəhbəri və onun atasına cinayət işi açıldı
- Sayt redaktoru və hüquqşünas vətəndaşı soydu - 2250 manat
- Sayta qarşı təxribat oldu - Bəyanat
- Sayt redaktorunu maşınla vurub qaçdı
- Sayt rəhbəri Ramil Usubova müraciət etdi
- Saytlarımız hansı ölkələrin hədəfindədir? Kibercinayət – ARAŞDIRMA