Türkiyə daha 3 şəhid verdi


03:00     16 Avqust 2015 bingol-de-askeri-araca-bombali-tuzak-3-sehit-6-7600839_x_9772_o.jpg

Türkiyənin Bingöl bölgəsindəki Karlıova rayonunda PKK tərəfindən yola basdırılmış partlayıcının işə düşməsi nəticəsində 3 hərbçi şəhid olub, 6-sı yaralanıb.


Femida.az-ın məlumatına görə, PKK-çılar bölgədəki yolları kəsərək mülki vətəndaşları yoxlayırmışlar.

İstanbulda isə polisin 23 ünvanda apardığı antiterror əməliyyatı nəticəsində PKK və YDG-H terrorçu qruplaşmalarına aid 15 nəfər həbs edilib.

İzmirdə də polis tərəfindən genişmiqyaslı antiterror əməliyyatları keçirilib. Bildirilir ki, PKK və İŞİD mənsublu 84 nəfər şübhəli qismində saxlanılıb.

Şırnakda yol kənarında saxlanılan bomba yüklənmiş sahibsiz minik avtomobili partladılaraq zərərsizləşdirilib.

Türkiyədə hökumət qüvvələrinin antiterror əməliyyatları davam etdirilir.

Açar sözlər:

Oxunub: 1072