Avtobus üzərinə aşdı - Sürücünün faciəvi SONU


02:07     14 İyun 2017 meyit%20(3).jpg

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb.


Hadisə bu gün axşam saatlarında rayonun Bakı prospektində qeydə alınıb. Gəncə səhər sakini, 1965-ci il təvəllüdlü Vahid Mahir oğlu İbrahimov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb. Avtobusun təkərində yaranmış nasazlığı aradan qaldırmaq məqsədi ilə maşını avtokran vasitəsi ilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil V. İbrahimovun üstünə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1079