Xaçmazda qəza: 5 nəfər xəsarət alıb


15:35     15 İyun 2017 qeza514.jpg

İyunun 14-ü gecə saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Azərtaca istinadən xəbər verir ki, hadisə Xudat-Yalama yolunun Susayqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Opel” markalı avtomaşınların toqquşması nəticəsində Qusar rayon İnığoba kənd sakinləri Tariyel Cərullayev, Elşən Hacıverdiyev, Seymur Səfərəliyev, Surxay Tağıyev və Xaçmazın Pirquluoba kənd sakini Azər Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Xudat şəhər xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra xəsarət alan şəxslərdən ikisi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 548