Güclü külək Gəncədə fəsad törədib
17:38 15 İyun 2017
Güclü külək və intensiv yağış Gəncə şəhərində bir sıra fəsadlar törədib.
Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu gün səhər saat 8 radələrindən başlayaraq yağan leysan və dolu şəhərdə ciddi problemlərə səbəb olub.
Bildirilib ki, şəhərin Şah Bahəddin küçəsində 6 evə su dolub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub. Analoji hal şəhərin Məhsəti qəsəbəsində də baş verib. Qəsəbədə yağan güclü dolu və leysan yağış təsərrüfata və meyvə ağaclarına ziyan vurub, 10-a yaxın fərdi evə qurunt suları dolub.
Məlumata görə, həmin qəsəbədə Gəncə şəhər Mənzil Kominal və Təsərrüfat İdarəsinin əməkdaşları və texnikası çalışır. Şəhərin Nizami küçəsində binanın dam örtüyünü külək qoparıb.
Bundan başqa, Gəncənin Şərq çıxışında yol kənarındakı bir neçə ağac aşıb. Şəhərin bəzi hissələrində enerjinin verilişində qısa müddətli fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar dəymiş ziyanın aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Şəhərə dəyən ziyan hesablanır.
Femida.az
Oxunub: 890
Oxşar xəbərlər
- Güclü külək əsəcək - Bayram gününün havası
- Güclü külək əsəcək - Nazirlikdən xəbərdarlıq
- Güclü yanğın, 25 nəfər təxliyə edilib
- Güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
- Güclü külək Göyçayda fəsadlar törədib
- Güclü geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ
- Güclü külək fəsadlar törətdi - Zaqatalada evlərin dam örtüyü uçdu
- Güclü yağış 20-dən çox can aldı
- Güclü külək əsəcək - Xəbərdarlıq
- Güclü dolu Tovuza ziyan vurub