Güclü külək əsəcək - Xəbərdarlıq


16:33     26 İyul 2017 kulek0.jpg

İyulun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.


Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Femida.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36°, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2681