Güclü külək əsəcək - Bayram gününün havası
16:39 30 Dekabr 2017
Azərbaycanda bazar gününə, dekabrın 31-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- Güclü külək əsəcək - Nazirlikdən xəbərdarlıq
- Güclü yanğın, 25 nəfər təxliyə edilib
- Güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
- Güclü külək Göyçayda fəsadlar törədib
- Güclü geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ
- Güclü külək fəsadlar törətdi - Zaqatalada evlərin dam örtüyü uçdu
- Güclü yağış 20-dən çox can aldı
- Güclü külək əsəcək - Xəbərdarlıq
- Güclü külək Gəncədə fəsad törədib
- Güclü dolu Tovuza ziyan vurub