Güclü külək Göyçayda fəsadlar törədib


18:55     17 Oktyabr 2017 zaqatala-kulek-fesad-12092017-2.jpg

Ötən gecə Göyçay rayonuna güclü küləklə müşayiət olunan leysan yağıb.


Femida.az-ın məlumatına görə, külək yerli təsərrüfatlara, eləcə də meyvə bağlarına ziyan vurub. Küləyin təsiri nəticəsində iri gövdəli bir neçə ağac aşıb, elektrik naqilləri qırılıb. Göyçay şəhərində ağacın aşması nəticəsində yol bağlanıb. Rayon mərkəzində və bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bir neçə saat ərzində dayanıb.

Meyvə yığımına başlanılan zaman qəflətən başlayan güclü külək bağbanlara xeyli maddi ziyan vurub.

Femida.az

Açar sözlər:

Oxunub: 602