Güclü geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ


14:10     28 Sentyabr 2017 gunesde-geomaqnit-qasirgasi-var_156c39475b5d96-xebervar_com2.jpg

Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib.


Femida.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin sözlərinə görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək.

Onun sözlərinə görə, kosmik hava şıltaqlıqlarının (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təzyiq dəyişmələri, külək və s.) ilə tandemi insanlar üçün neqativ effektləri daha da artırır.

Femida.az

Açar sözlər:

Oxunub: 746