Türkiyə Suriyada yeni əməliyyata hazırlaşır
19:52 02 İyul 2017
Türkiyənin dəstəklədiyi Müxalif Azad Suriya Ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin nəzarətindəki Afrinə hücuma hazırlaşır.
İlk hədəf Tel Rifat şəhəri və Minnak hərbi hava bazasıdır.
Hücum əməliyyatına başlanılması ilə bağlı hazırlıqlar başa çatıb. Müxalif Azad Suriya Ordusu “Fərat qalxanı” əməliyyatında olduğu kimi yeni əməliyyat da Türkiyə ordusunun dəstəyi ilə həyata keçirəcək. Sultan Murad taborunun komandiri Fehim İsa bildirib ki, Afrin əməliyyatı Əl-Bab şəhərinin mühasirəyə alınması əməliyyatından daha asan keçəcək. Çünki Müxalif Azad Suriya Ordusu “Fərat qalxanı” çərçivəsində Əl-Bab əməliyyatına 5 min döyüşçü cəlb etmişdisə, artıq müxalif döyüşçülərin sayı 20 min nəfərə çatıb. F. İsa deyib ki, PYD/YPG terror təşkilatı Suriyanın ərazi bütövlüyünü təhdid edir və terrorçular bu torpaqlardan təmizlənəcək.
Oxunub: 574
Oxşar xəbərlər
- Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
- Türkiyə ordusu 6 terrorçunu məhv edib
- Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı
- Türkiyə və Rusiya arasında saziş imzalandı
- Türkiyədə kağız fabriki yanır
- Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi
- Türkiyədə avtobus qəzası - 18 şagird yaralanıb
- Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - TARİX
- Türkiyə ordusu 3 şəhid verdi
- Türkiyə SQ-in Baş Qərargah rəisi: Azərbaycana minnətdaram