Hindistanda torpaq sürüşməsi - 14 nəfər ölüb


02:33     12 İyul 2017 landslidejpg.jpeg

Hindistanın Arunaçhal Pradeş ştatında güclü Musson yağışları torpaq sürüşməsinə səbəb olub.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Papum Pare bölgəsində baş verən təbii fəlakət zamanı 14 nəfər ölüb.

Torpaq altında qalanların cəsədləri çıxarılıb. Hazırda başqa cəsədlərin də ola biləcəyi ehtimalına qarşı axtarışlar davam etdirilir.

Ştat rəhbərliyi bölgədə yaşayan insanları təhlükəsiz əraziyə köçürməyə və fəlakət bitənə qədər onların ehtiyaclarını qarşılamağa çalışır.

Qeyd edək ki, bir neçə gün öncə ölkənin Şimali-şərqində güclü yağışların səbəb olduğu sel səbəbindən 40 nəfərin öldüyü açıqlanmışdı.

Açar sözlər:

Oxunub: 1112