Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb


02:22     15 İyul 2017 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg

Ermənistanın Sünik vilayətində Rusiya Federal Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsinin hərbçisi mənzildə ölü tapılıb.


Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin olaraq ölümə infarkt səbəb olub.

Sərhəd zastavasının rəisi vəzifəsində xidmət çəkən hərbçinin meyitinin aşkarlanması ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hadisə yerinə operativ-istintaq qrupu göndərilib. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

İnsidentlə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub.

Açar sözlər:

Oxunub: 2082