FHN 2 nəfəri ölümdən xilas edib


00:59     28 İyul 2017 xilas%20denizdeaa2.jpg

Sumqayıtda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Digər oxşar hadisə Bakının Xəzər rayonunda olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxsi xilas ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 620