Ermənistanda məmur arvadı tərəfindən öldürülüb - VİDEO 18+


21:23     28 İyul 2017 memur07.jpg

Ermənistanın Armavir vilayət qubernatoru müşavirinin öldürülməsinin yeni təfərrüatları üzə çıxıb.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məmur həyat yoldaşı və oğlu tərəfindən öldürülüb.

Hadisə iyulun 20-də baş verib. 47 yaşlı qadın Manuk Simonyanın başına balta ilə bir neçə dəfə zərbə vuraraq onu öldürüb. Sonra qadın meyiti mələfəyə qoyub, kəndirlə bağlayıb və 23 iyul saat 04:00 radələrində mərhuma məxsus "Mercedes Benz" markalı avtomobiilə Dalarik kəndinə aparıb. Qadın bunu etmək üçün 23 yaşlı oğlunu köməyə çağırıb.

Ana və oğul saxlanılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 3081