FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
16:44 02 Avqust 2017
Fövqəladə Hallar Nazirliyinin çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Femida.az-a verilən məlumata görə, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər kəs təhlükəsizlik qaydalarını bilməlidir.
Qadağandır:
•nəzərdə tutulmamış ərazilərdə çimmək;
•çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
•küləkli havada dənizə girmək;
•çimərlikdə gecələmək,
•sərxoş halda çimərlikdə olmaq;
•suda kobud hərəkətlər etmək;
•çimərlikdə balıq tutmaq;
•xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
•Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
•Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
•Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Femida.az
Oxunub: 795
Oxşar xəbərlər
- FHN alpinistlərin axtarışı ilə bağlı video yaydı
- FHN-dən alpinistlərlə bağlı AÇIQLAMA
- FHN-dən statistika: 9 ayda 108 ölü
- FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat
- FHN 2 azyaşlının köməyinə çatdı
- FHN və polis birgə əməliyyat keçirdi - Pişik xilas edildi
- FHN 24 yaşlı qadını xilas edib
- FHN iki azyaşlını xilas etdi
- FHN əməkdaşları təltif olunublar
- FHN-in əsgəri intihara cəhd edib