Avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir


04:10     25 Avqust 2015 avtobus.jpg

Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün “Azəryolservis” ASC işlərin icrasına başlayıb.


Femida.az xəbər verir ki, tədbirlər planına əsasən, paytaxtın prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır.

Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə analoji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

Açar sözlər:

Oxunub: 947