Gürcüstan səfiri qarət olundu


16:51     14 Avqust 2017 87f0ac71-8a97-4120-a870-89cd1826dfa9-w1023-r1-s.jpg

Fransada Gürcüstan səfiri qarət olunub.


Femida.az-ın xəbərinə görə, bu barədə Gürcüstan mətbuatı Fransanın “Le Parisien” nəşrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə avqustun 11-də “Stad de Frans” stadionuna yaxın ərazidə baş verib. Gürcüstanın Fransadakı səfiri Eka Siradze-Delonenin avtomobilinə skuter yaxınlaşıb. Skuterdə olan iki nəfər avtomobilin şüşəsini sındıraraq diplomatik çantanı götürərək ərazidən uzaqlaşıb.

Gürcüstan səfiri hadisə ilə bağlı Paris polisinə məlumat verib. Bir müddət sonra diplomatik çanta Parisin rayonlarının birində tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 739