FHN Tovuzdakı qəza ilə bağlı məlumat yaydı


14:09     21 Avqust 2017 1359952125_qeza-avariya-main.jpg

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:05-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 800