Kəmaləddin Heydərov Sabirabada gedir


20:43     21 Avqust 2017 kemaleddi%20haydarov.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də saat 11.00-da Sabirabadda, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.


FHN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 24 avqust 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1003