Kəmaləddin Heydərov hadisə yerində - Yanğın davam edir
20:14 27 Avqust 2017
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.
Yanğının miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur.
Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.
Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.
Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. (APA)
Femida.az
Oxunub: 4386
Oxşar xəbərlər
- Kəmaləddin Heydərov Zərdabda olub
- Kəmaləddin Heydərov qəbul keçirəcək
- Kəmaləddin Heydərov önəmli görüş keçirdi
- Kəmaləddin Heydərovla görüşmək istəyirsiniz?
- Kəmaləddin Heydərov özbəkistanlı həmkarı ilə görüşüb
- Kəmaləddin Heydərov qəbul keçirdi
- Kəmaləddin Heydərov Sabirabada gedir
- Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
- Kəmaləddin Heydərov istefa verməyib - Rəsmi açıqlama
- Kəmaləddin Heydərov vətəndaşları qəbul edib