Kəmaləddin Heydərov özbəkistanlı həmkarı ilə görüşüb
17:11 03 Oktyabr 2017
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 3-də ölkəmizdə səfərdə olan Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, nazir Kəmaləddin Heydərov Rustam Curayevin ölkəmizə ilk dəfə rəsmi səfərə gəldiyini, bu səfərin fövqəladə hallarla mübarizə sahəsində ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan nazir Kəmaləddin Heydərov baş verə biləcək fövqəladə hallarla mübarizə sahəsində Azərbaycanla Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə, qarşılıqlı fəaliyyətinin mühüm rol oynayacağını vurğulayıb.
Rustam Curayev hər iki ölkənin aidiyyəti qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd edib. O, fövqəladə hallar sahəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə əməkdaşlığının perspektivlərindən danışıb.
Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2018-2019-cu illər üçün əməkdaşlıq üzrə tədbirlər Planı” imzalanıb. Sənədi hər iki ölkənin fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Rustam Curayev imzalayıblar.
Femida.az
Oxunub: 844
Oxşar xəbərlər
- Kəmaləddin Heydərov Zərdabda olub
- Kəmaləddin Heydərov qəbul keçirəcək
- Kəmaləddin Heydərov önəmli görüş keçirdi
- Kəmaləddin Heydərovla görüşmək istəyirsiniz?
- Kəmaləddin Heydərov qəbul keçirdi
- Kəmaləddin Heydərov hadisə yerində - Yanğın davam edir
- Kəmaləddin Heydərov Sabirabada gedir
- Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
- Kəmaləddin Heydərov istefa verməyib - Rəsmi açıqlama
- Kəmaləddin Heydərov vətəndaşları qəbul edib