Kəmaləddin Heydərov qəbul keçirdi


17:22     29 Sentyabr 2017 kemaleddi%20haydarov9.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Samux rayonunda Gəncə şəhəri, Samux, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbulunu keçirib.


Femida.az xəbər verir ki, qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələ ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq qurumlarının rəhbərliyi tərəfindən qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 947